Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Allah rəhmət etsin" - Xalq artistləri Elgizin verilişindən VİDEO paylaşdılar

Tarix: 23 Dekabr 2020 16:20

Respublikanın xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları sosial media hesablarında koronavirusa yoluxan aparıcı Elgizin verilişindən video paylaşıblar.

Milli.Az big.az-a istinadla xəbər verir ki, onlar dəyərli sənətkarımız Səfurə İbrahimova ilə bağlı xatirələrini izləyicilərlə bölüşüblər:

"Gözəl xanım sənətkar, Allah məkanını cənnət eləsin. Ömrünün ən gözəl yaşamını Azərbaycanın kino-teatr səhnəsinə həsr etdi. Onun yaratdığı bütün obrazlar gözəldi, əvəzedilməzdi. Efirlərə getmirdi "Gülyaz Gülyanağı istəyirəm. onlarla çıxacam" demişdi. Böyük sənətkardan bu sözləri eşitmək çox qürurverici idi. Səfurə xanımla və Rəfael Dadaşovla bir efiri paylaşmaq, böyük xoşbəxtlik idi. Allah hər iki sənətkara rəhmət eləsin. Məkanları cənnət olsun.Amin"

Milli.Az


Etiketlər:  Allah rəhmət etsin Xalq artistləri Elgizin verilişindən VİDEO paylaşdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ