Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2019 19:00
Bakı. Trend:
Nepalda aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həlak olub.
Trend-in məlumatına görə, daşqınlar ölkənin 20 rayonunda qeydə alınıb.
Azı 7 nəfərin xəsarət aldığı deyilir. Daha 7 nəfər də itkin düşüb.
Ölkənin Daxili İşlər Nazirliyi çay kənarlarında yaşayan sakinləri təhlükəsiz yerlərə köçməyə çağırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin