Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 17:40
Ermənistanın müharibədə məğlubiyyətinin ölkə iqtisadiyyatına ilkin təsirləri artıq müşahidə olunmaqdadır. Belə ki, noyabrda ölkədə dollara olan yüksək tələb yerli məzənnə olan dramın dəyərinin ucuzlaşmasına, beləliklə yanacaq da daxil olmaqla idxal olunan malların bahalaşmasına yol açıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, benzinin qiyməti bir neçə faiz bahalaşaraq 370 drama (1.20 azn) yüksəlib. Benzinlə əlaqəli olaraq maye qazın da bahalaşdığı bildirilib.
Benzinin bahalaşması ilə bəzi taksi xidmətlərinin qiymətlərinin ikiqat artdığı qeyd olunub.
Bundan əlavə, Ermənistanda noyabr ayında dollar məzənnəsinə olan yüksək tələb dolların kursunun bahalaşmasına səbəb olub. Nəticədə, idxal olunan bütün malların da (un, şəkər və yağ daxil olmaqla) qiymətləri artıb.