Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 17:54
Birinci yaralandığım zaman atama zəng etdim və dedim ki, anama demə. Üstündən yarım saat keçmədi ki, anam zəng vurdu. Soruşdu ki, nə olub, hardasan?
Sonxeber.net bildirir ki, bu sözləri 5 günlük müharisədən sağ çıxan qazi Natiq Hacıyev ARB-nin "44 GÜNƏ ZƏFƏR" adlı rubrikasına müsahibəsi zamanı bildirib.
Hacıyev Natiq - Qazi: "Mən Hacıyev Natiq. Ayın 29-u səfərbərliklə çağrılmışam. Qabağımızda bir məqsəd var idi ki, nə olursa olsun biz o torpaqları almalı idik. Danışmaq çətindir. Yanında döyüş qardaşını itirmək çox ağırdır. Bir-birimizə vəsiyyət etmişdik ki, nə olursa olsun, heç kim arxada qalmasın. Axırıncı əsgərimiz olsa belə onu götürüb çıxarmalı idik. Şuşanı azad edəndə orada vurulmuşam".
Hacıyeva Cəmilə - Anası: "Bir ana üçün o səhnəni görmək... Allah heç bir valideynə göstərməsin. Həyətdə söhbət edirdik. Dedim ki, Natiq ya şəhid oldu, ya da yaralandı. Dedilər niyə belə deyirsən? Ürəyimdə hiss edirdim. Şuşa alınana qədər mən ağlamadım, Şuşa alınanda ağladım. İstərdim ki, Natiq Şuşayadan mənə şəkil göndərsin. Çox təəssüf ki, oğlum Şuşa istiqamətindəki döyüşlərdə yaralandı".
Daha ətraflı sujetdə: