Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trend-in baş redaktorunun vəziyyəti stabil ağır olaraq qalır - Həkim

Trend-in baş redaktorunun vəziyyəti stabil ağır olaraq qalır - Həkim

Tarix: 25 Dekabr 2020 11:12

Bakı. Samir Əli - Trend:

Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun ümumi vəziyyəti stabil ağır olaraq qalır.

Bunu Trend-ə baş redaktorun yerləşdirdiyi klinikanın müalicə həkimi bildirib.

Məlumatda qeyd edilir ki, Rufiz Hafizoğlunun hazırda təzyiq və hərarəti normaldır: "Saturasiya 60 faiz oksigenlə 94 faizdir. Müalicəsi intensiv davam etdirilir, vəziyyəti stabil ağır qiymətləndirilir, hələki gözləməliyik".

Xatırladaq ki, R. Hafizoğlu bir müddət əvvəl koronavirusa yoluxub. Vəziyyəti ağırlaşan baş redaktor "Yeni Klinika"ya yerləşdirilib.


Etiketlər:  Trend baş redaktorunun vəziyyəti stabil ağır olaraq qalır Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ