Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Alibaba"nın təsisçisi bir gündə 3,5 mlrd. dollar itirib

Tarix: 25 Dekabr 2020 14:00

Çinin ən zəngin milyarderlərdən biri, "Alibaba" elektron ticarət platformasının təsisçisi Cek Manın sərvəti gün ərzində 3,5 mlrd. ABŞ dollarından çox azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "Alibaba"nın Honkonq və Nyu-York birjalarındakı səhmləri ötən gün ona qarşı antiinhisar istintaqının aparıldığı xəbərləri fonunda əhəmiyyətli dərəcədə enib. Şirkətin Honkonqdakı səhmləri 8,1%, NASDAQ-da isə 13,3% azalıb.

Çinin Bazar Nəzarəti və Tənzimlənməsi üzrə baş idarəsi "Alibaba"ya qarşı antiinhisar araşdırmasına başlayıb. Şirkət, öz növbəsində, səlahiyyətlilərlə fəal əməkdaşlıq etməyə hazır olduğunu və istintaqa baxmayaraq normal fəaliyyət göstərməyə davam edəcəyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Alibabanın təsisçisi bir gündə 35 mlrd dollar itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ