Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Murovda iki erməni kəşfiyyatçısını əsir götürən şəhid - Evin tək oğlu idi - FOTO

Murovda iki erməni kəşfiyyatçısını əsir götürən şəhid - Evin tək oğlu idi - FOTO

Tarix: 25 Dekabr 2020 15:00

"Sahib 1994-cü ildə Şəki şəhərində anadan olmuşdu. Bakı şəhəri Binəqədi rayonunun sakini idi".

Bunu Sonxeber.net açıqlamasnda Vətən müharibəsinin şəhidi Abbasov Vahidin sinif yoldaşı Akif Cəfərzadə deyib.

Şəhidin yaxını bildirib ki, Vahid Aprel döyüşlərinin də iştirakçısı olub:

"O, 2001-2012 ci ildə 47 N-li məktəbdə təhsil alıb. 2015-2017-ci illərdə Murovdağda xidmətdə olmuşdu. Hərbi xidmətdə olan zaman iki erməni kəşfiyyatçısını ələ keçirərək hərbi hissənin rəhbərliyinə təhvil vermiş və rəhbərlik tərəfindən xüsusi təşəkkürnamə ilə təltif edilmişdi. Şəhidimiz həm də 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.

Vahid könüllü olaraq səfərbərlik xidmətində qeydiyyatdan keçmişdi, sentyabrın 22-dən təlimlərə çağırılıb və II Qarabağ döyüşlərinin ilk günündən könüllü kimi iştirak edib.

O, Füzuli uğrunda gedən döyüşlərdə xüsusi bacarığı və şücaəti ilə seçilib. Müharibə zamanı bir çox erməni canlı qüvvəsini və texnikasını məhv edib, yaralı döyüş yoldaşdarını çiynində daşıyaraq döyüş meydanından çıxarıb ilkin tibbi yardım göstərib. Oktyabrın 22-də düşmənin atdığı ağır artilleriya atəşi nəticəsində başından qəlpə yaraları alan Vahid şəhidlik zirvəsinə ucalıb.

Onu da qeyd edim ki, şəhidimiz evin tək oğul övladı idi, subay idi. O, uşaqlığından zəhmətkeş idi. Məktəbdə oxuduğumuz illərdə, 8-ci sinifdən işləyib ailəsinə kömək edirdi.".

Təhməz Əsədov


Etiketlər:  Murovda erməni kəşfiyyatçısını əsir götürən şəhid Evin tək oğlu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ