Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adını qəhrəmanlar siyahısına yazdıran qazi - Elməddin Novruzov - VİDEO

Adını qəhrəmanlar siyahısına yazdıran qazi - Elməddin Novruzov - VİDEO

Tarix: 26 Dekabr 2020 11:10

44 günlük Vətən müharibəsində adını qəhrəmanlar siyahısına yazdıran qazilərimizdən biri də Elməddin Novruzovdur. Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat briqadasının hərbi qulluqçusu olan qazimiz Hadrut istiqamətində ağır qəlpə yarası alsa da ölümə qalib gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ikinci Qarabağ müharibəsində qanları ilə tarix yazan qəhrəmanlarımızın hər biri, bu gün dastana çevrilib. Belə hərbiçilərimizdən biri dəXüsusi Təyinatlı Kəşfiyyat briqadasının hərbi qulluqçusu Elməddin Novruzovdur.

Onlar Fizuli-hadrut istiqamətində hadrut yolunu nəzarətə götürmək tapşıtrığı alıblar. Elməddin Oktiyabırın 5 -də düşmənin atdığı minamiyot nəticəsində Hadrut istiqamətində gedən döyüşlərdə ayağından ağır yaralanıb.

Qazimiz deyir ki, onunla çiyin çiyinə xidmət edən hərbiçilərimizin hər biri tarix yazıb. Sizinlə qürur duyuruq Ordumuzun mərd, cəsur oğulları.

Milli.Az


Etiketlər:  Adını qəhrəmanlar siyahısına yazdıran qazi Elməddin Novruzov VİDEO


RƏYLƏR