Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 14:50
İngiltərənin "Sanderlend" klubunun yeni sahibi müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, ölkənin ən yaxşı üçüncü liqasında çıxış edən klub 22 yaşlı milyarder Kirill Lui-Dreyfusa satılıb.
Rusiya əsilli biznesmen "Sanderlend"in səhmlərini Styuart Donalddan alıb. Müqavilə İngiltərə Futbol Liqasının təsdiqini gözləyir.
Kirill Lui-Dreyfus "Adidas" firmasının sabiq baş direktoru Robert Lui-Dreyfusun üç oğlundan biridir. 2009-cu ildə vəfat edən Robertin sərvəti 2 milyard avrodan çox idi. Sankt-Peterburqda anadan olan Kirillin anası Marqarita Dreyfusun sərvəti ötən ay 5,6 milyard avro dəyərində qiymətləndirilib.