Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 15:30
Bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq gələn il aprelin 5-dək tam sığortalanır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Dəyişikliyə əsasən, faizləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı bankları tərəfindən 2021-ci il aprelin 5-dək tam sığortalanır.
Xatırladaq ki, "Əmanətlərin tam sığortalanması haqqında" Qanun 2016-cı il yanvarın 19-da qüvvəyə minib və bütün qorunan əmanətlərin həmin gündən etibarən 4 il 9 ay müddətində tam sığortalanması nəzərdə tutulurdu.