Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 23:57
Koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında hələ uzun müddət hiss olunacaq. Mütəxəssislər belən düşünür. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri, doktor Hans Klyuqe bəyan edib.
H.Klyuqe, Beynəlxalq Əmək Təşkilatları tərəfindən aparılan sorğulara görə, 19-29 yaşında olan hər ikinci gənc həyəcan və ya depressiya yaşadığını xatırladıb.
ÜST təmsilçisi vurğulayıb ki, bu tendensiya digər yaş qruplarına da aiddir. Adətən belə xəstəliklər tez-tez və daha kəskin formada qış aylarında baş verir ki, bu da pandemiya fonunda əhalinin sağlamlığı üçün çox ciddi təhlükə yarada bilər.
H.Klyuqenin fikrincə, Yeni il öncə ən yaxşı hədiyyə - insanların həm öz, həm də başqalarının psixi sağlamlıqlarının qayğısına qalması ola bilər.
O, sosial resursları əhalinin ən həssas qruplarının dəstəyinə səfərbər etməyi təklif edib. Bundan başqa, ÜST-nin Avropa bürosunun rəhbəri region hökumətlərini insanların psixi sağlamlığının qorunması proqramlarına vəsait qoymağa çağırıb: "Vaksinlərin artıq əlçatan olması uğurlu gələcəyə ümidimizi artırır. Amma hələ bir neçə ay da dözməliyik".