Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2020 14:50
Koronavirus pandemiyası dünyada 10 il qalacaq.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə dünyada koronavirusa qarşı qəbul edilmiş peyvəndin yaradıcısı Almaniyanın "BioNTech" şirkətinin prezidenti Uğur Şahin proqnoz verib.
Koronavirusa qarşı 500 min dozada peyvənd vasitəsi artıq Böyük Britaniyaya çatdırılıb. Bir neçə həftə ərazində peyvənd digər ölkələrdə də qəbul ediləcək.
"Virus bizimlə 10 il qalacaq. Biz buna öyrəşməliyik", - deyə o xəbərdarlıq edib.
Şahinin proqnozuna görə, "yeni normal vəziyyət" ölkələrin karantinə alınmalı olduğu anlamına gəlməyəcək.
Onun sözlərinə görə, bu qış koronavirusa yoluxma sayına müdaxilə etmək mümkün olmayacaq. Ancaq gələn il vəziyyəti düzəltmək üçün səyləri birləşdirmək lazımdır.
"Virus daha intensiv yayılmağa başlayarsa, həyatı normallaşdırmaq üçün daha yüksək peyvənd qəbuluna ehtiyac ola bilər", - deyə o vurğulayıb.
O əlavə edib ki, peyvəndin koronavirusun mutasiya olunmuş formasının öhdəsindən gələ biləcəyini görmək iki həftə çəkəcək.