Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyası start götürüb

Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyası start götürüb

Tarix: 27 Dekabr 2020 18:04

Dekabrın 27-də Vyana Tibb Universitetində yeni növ koronavirusa qarşı vaksinasiya kampaniyasının birinci mərhələsi çərçivəsində xüsusi risk qrupuna daxil olan könüllülərə peyvənd vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ilk peyvənd dozası 84 yaşlı təqaüdçü qadına vurulub. O, peyvənd vurulması barədə qərarını övladları, nəvə və nəticələrini rahat görə bilmək arzusu ilə izah edib. İlk peyvəndin tətbiqi Milli Peyvənd Qremiyasının prezidenti Ursula Vidermann-Şmidt və Həkimlər Palatasının prezidenti Tomas Sekeres tərəfindən həyata keçirilib və ölkə mediasının diqqətində olub.

Avstriyada koronavirusa qarşı yeni peyvəndin ölkəyə gətirilməsinə sevinənlərlə yanaşı, ümumiyyətlə peyvəndə qarşı olan və istənilən peyvəndi insan orqanizminə zərərli müdaxilə hesab edənlərin sayı kifayət qədər yüksəkdir. Ölkədə peyvəndlərlə bağlı qanunvericilikdə peyvənd tətbiqinin könüllülük prinsipi əsasında mümkünlüyü qeyd edilir. Buna görə də hökumət media vasitəsilə əhali arasında yeni növ koronavirusa qarşı vaksinasiya kampaniyasında iştiraka marağı artırmağa çalışır.

Avstriyanın Federal Kansleri Sebastian Kurts mətbuata verdiyi açıqlamada ölkədə ilk peyvəndin vurulması ilə koronavirusa qarşı mübarizədə oyun qaydalarının dəyişdiyini və pandemiya üzərində qələbənin təməlinin qoyulduğunu bildirib. S.Kurts qeyd edib ki, ən yaxın zamanda özü də virusa qarşı peyvənd ediləcək və valideynlərinin də eyni istəkdə olmaları onu çox sevindirir.

Ölkəyə gətirilmiş 10 min doza "BioNTech/Pfizer" peyvəndi risk qrupunda olan şəxslər və tibbi heyət üçün nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyası start götürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ