Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək qan təzyiqinin yeni təhlükəsi

Yüksək qan təzyiqinin yeni təhlükəsi

Tarix: 27 Dekabr 2020 21:21

Yüksək qan təzyiqi hafizəni pisləşdirir orta və yaşlı insanlarda zehni narahatlıqlara səbəb olur. Belə bir nəticəyə Braziliya tədqiqatçıları gəlib. Alimlər Braziliyada orta yaşı 59 yaş olan yeddi min yetkinin məlumatlarını analiz edib. Tədqiqatçılar təxminən dörd il müddətində tədqiqat iştirakçlarını müşahidə edib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, idrak, yaddaş, səlist nitq, diqqət, təmərküzləşmə, düşüncə ilə əlaqəli digər xüsusiyyətlər sınaqdan keçirilib. Sistolik 121-139 millimetr civə sütunu və 81-89 millimetr c.s, qan təzyiqinin, antihipertenziv dərman istifadə etməyən orta yaşlı və yaşlı insanlarda, koqnitiv funksiyaların sürətlə azalmasına səbəb olduğu məlum olub. Eyni zamanda, beyin funksiyasının pozulma dərəcəsi, hipertoniya müddətindən asılı deyil. Tədqiqatçılar, nəticələrin yalnız Braziliya deyil, digər bölgələrin sakinləri üçün də tətbiq oluna biləcəyinə inanır.


Etiketlər:  Yüksək təzyiqinin yeni təhlükəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ