Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol üzrə İngiltərə çempionatında ''Liverpul'' ''Vest Bromviç''lə heç heçə etdi

Futbol üzrə İngiltərə çempionatında ''Liverpul'' ''Vest Bromviç''lə heç heçə etdi

Tarix: 27 Dekabr 2020 23:44

Bakı. Trend:

"Liverpul" İngiltərə Çempionatının 15-ci turunda öz meydançasında "Vest Bromviç"lə heç heçə oynayıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Trend xəbər verir ki, meydança sahibləri tərəfindən qolu Sadio Mane (12-ci dəqiqə), qonaqlar tərəfindən isə Semi Acayi (82) vurub.

"Liverpul" ölkə Premyer Liqasında artıq 11-ci dəfədir ki məğlub olmur və turnir cədvəlinə 32 xalla başçılıq edir. "Vest Bromviç" 8 xalla 19-cu pilləsində qərarlaşıb, komanda ardıcıl beş son oyunda qalib gələ bilmir. Növbəti turda Yurgen Kloppun yetirmələri dekabrın 30-da səfərdə "Nyukasl"la oynayacaq, "Vest Bromviç" isə bir gün əvvəl "Lids"i qəbul edəcək.

Günün digər qarşılaşmalarında "Lids" "Bernli" ilə 1:0, "Vest Hem" "Brayton"la 2:2 hesabları ilə oyunları başa çatdırıblar.


Etiketlər:  Futbol üzrə İngiltərə çempionatında Liverpul Vest Bromviçlə heç heçə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ