Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhəmməd Əşrəf Qani Prezident İlham Əliyevi təbrik edib

Məhəmməd Əşrəf Qani Prezident İlham Əliyevi təbrik edib

Tarix: 28 Dekabr 2020 12:54

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident.

Sizə doğum gününüz münasibətilə səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram. Bu il Sizin 17 illik müdrik və uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi qələbələrin qazanıldığı uğurlu bir ildir.

Azərbaycanın regionun sabitliyinə ən böyük təhdidlərdən birini uğurla geridə qoyduğu bu dönəmdə biz ikitərəfli və çoxtərəfli əməkdaşlığa nail olmaq və tərəqqi əldə etmək üçün Sizinlə işləməyə hazırıq".

Milli.Az


Etiketlər:  Məhəmməd Əşrəf Qani Prezident İlham Əliyevi təbrik edib


RƏYLƏR