Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı kəskin azaldı

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı kəskin azaldı

Tarix: 28 Dekabr 2020 18:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019 nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 163 064 test aparılıb.


Etiketlər:  Azərbaycanda sutkada COVID yoluxanların sayı kəskin azaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ