Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 09:30
Rusiya Federasiyasının vətəndaşı olan, "dünyanın ən böyük uşağı" kimi Ginnesin Rekordlar Kitabına düşən Kabarda-Balkariya Respublikasının sakini Cambulat Xatoxov ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın gənc güləş komandasının məşqçisi Betal Qubjev özünün "Instagram" səhifəsində paylaşım edib.
"Ginnesin Rekordlar Kitabının rekordçusu, Kabarda-Balkariya Respublikasının ilk sumo güləşçisi Cambulat Xatoxov vəfat edib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm", - deyə Qubjev yazıb.
21 yaşlı C.Xatoxovun ölüm səbəbi açıqlanmır.
Məlumata görə, C.Xatoxov 2003-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb. İki yaşında 34 kiloqram çəkisi olan Xatoxov yeddi yaşında - 115, on üç yaşında - təxminən 180 kiloqram ağırlığında idi.