Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

44 günlük vətən müharibəmizin daha bir şəhid qəhrəmanı - Əsgər Rüfət Şabanov - VİDEO

44 günlük vətən müharibəmizin daha bir şəhid qəhrəmanı - Əsgər Rüfət Şabanov - VİDEO

Tarix: 30 Dekabr 2020 16:21

44 günlük vətən müharibəmizin daha bir şəhid qəhrəmanı - əsgər Rüfət Şabanovdur. Vətən borcunu yerinə yetimək üçün hərbi xidmətə yollanan oğul bu borcun haqqını verir. Yurdumuz üçün döyüşlərdə iştirak edir. Şəhidlik ona 19 yaşında qismət olur. Rüfət Şabanov Murovdağda düşmənin açdığı snayper atəşi ilə əbədiyyətə ucalıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, onun 19 yaşı var idi. Amma arzuları bəlkə də 190 ilə sığmazdı heç. O qədər xəyallar qurardı ki. Onlardan ən ümdəsi isə vətən idi. Müdafiə Nazirliyinin Hərbi Hissəsində İstehkamçı bölüyünün əsgəri olub Rüfət. Qüsursuz xidmətə görə bir neçə dəfə Fəxri Fərmana da layiq görülüb. Qismətindən vətən müharibəsi onun hərbi xidmətdə olduğu tarixə təsadüf edir. Rüfət yoldaşları ilə birgə qorxmadan döyüşə atılır. 'Azərbaycana canım fəda olsun' deyən 19 yaşlı igidimiz çiyninə dünyanın ən ağır yüklərindən birini-vətən müdafiəsini götürməyə çəkinmir.

Murovdağ istiqamətində əraziləri minalardan təmizləyərkən, düşmənin açdığı Snayper atəşi nəticəsində Rüfət Şabanov şəhadətə ucalır.

Vətən borcunu öz canından üstün tutan balasının yoxluğuna hələ də inanmayan bir ana var bu evdə.... Kifayət Ana.

Ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə təltif olunan Şəhidimiz Ceyranbatan qəbiristanlığında dəfn edilib.


Etiketlər:  günlük vətən müharibəmizin daha şəhid qəhrəmanı Əsgər Rüfət Şabanov VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ