Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Bu gün artıq dəyişən dünyada güc amili ön plana çıxıb

Prezident İlham Əliyev: Bu gün artıq dəyişən dünyada güc amili ön plana çıxıb

Tarix: 1 Yanvar 2021 00:15

Biz birinci Qarabağ müharibəsində torpaqlarımızı nə üçün itirdik? Ona görə ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev işğalın səbəblərindən danışarkən söyləyib.

"Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı, cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Bunu hələ on il əvvəl proqnozlaşdırdığını, ona görə güc toplamaq üçün bütün imkanların səfərbər edildiyini bildirən Prezident İlham Əliyev deyib: "Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil".


Etiketlər:  Prezident İlham Əliyev gün artıq dəyişən dünyada güc amili plana çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ