Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 13:00
İndi daha bir şəhidimizi sizə yaxından tanıdacayıq. O şəhid ki, ömrünün ən gənc çağlarından vətənə xidmətə başlayıb. O şəhid ki, öncə vətəni sonra ailəsini düşünüb.
Kürdəmir rayon sakini baş gizir Nahid Mikayılov Ağdam rayon istiqamətində döyüşlərdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. 38 yaşında qəhrəmancasına şəhid olan Nahid Mikayılov vətəninə, torpagına bağlı insan kimi xatırlanır.
27 sentyabrda başlayan vətən müharibəsində cani-könüldən iştirak edən baş gizir döyüş yoldaşları ilə xidmətdə olan zaman oktyabrın 29-da ağır yalanıb. Ailəsidə Nahidin yaralanma xəbərini elə həmin gün eşidib.
Nahid Mikayılovdan indi geriyə qalan, xidməti müddətində aldığı medallar, hərbi formaları və bizlərə əmanət olan 3 az yaşlı oğludur. Ən kiçik oğlu 2 yaşlı Rinad sanki atasının yoxlunu başa düşürmüş kimi gün ərzində dəfələrlə atasının şəkilini öpür. Ən böyük oğlu Nihad isə atasanın şəhid olma xəbərini belə xatırlayır.
Nahid Mikayılov ölümündən sonra "Ağdamın azad olunması" medalı ilə təltif edilib.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağli videomaterialı təqdim edir: