Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 12:44
İdman karyerasını vətəni üçün arxa plana atıb. Vətən müharibəsində isə düşmənin bir neçə postunun alınmasında şücaət göstərib...
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Beyləqanın Şahsevən kəndindən olan şəhid İmran Məmmədlidən gedir.
O, hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətini davam etdirib.
İmran Aprel döyüşlərində şücaəti ilə seçilib. O, uzun illər idmanla da məşğul olub. Karate üzrə dəfələrlə Azərbaycan, 2 dəfə isə Avropa çempionu olub. Bu səbəbdən də kəşfiyyat bölməsində xidmət edib. Vətən müharibəsi başlayanda könüllü şəkildə döyüşlərə qatılıb. Füzuli, Qubadlı və Cəbrayıl istiqamətlərində hərbi əməliyyatlarda iştirak edən İmran oktyabrın 26-da qəhrəmancasına şəhid olub.
Ailə üzvləri daim İmranla fəxr edəcəklərini bildirirlər.
İmran Məmmədli hərbi xidmətdə fərqləndiyinə görə bir neçə medalla və fəxri fərmanlarla təltif edilib.
Mövzu ilə bağli daha ətrafli videomaterialda: