Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadlı koronavirus xəstələri Masallıda postda saxlanıldı

Cəlilabadlı koronavirus xəstələri Masallıda postda saxlanıldı

Tarix: 7 Yanvar 2021 10:27

Bakı. Trend:

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən daha 2 nəfər aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad rayon sakinləri İ.Səmədov və X.Dövlətova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. İ.Səmədov Masallı şəhəri ərazisində ictimai yerdə, X.Dövlətov isə Masallı şəhərinin giriş hissəsində qurulmuş stasionar postlardan birində müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


Etiketlər:  Cəlilabadlı koronavirus xəstələri Masallıda postda saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ