Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Asmatik status

Asmatik status

Tarix: 7 Yanvar 2021 19:51

Asmatik status bronxial astma xəstəliyinin həyat üçün təhlükəli dərəcədə ağırlaşması halıdır. Asmatik status dedikdə tutmalar zamanı xəstəyə yalnız klinika şəraitində yardım edilə bilinəcəyi nəzərdə tutulur. Xəstəliyin əmələ gəlmə səbəbi beta 2 adenomimetiklərin dozasının artması nəticəsində reseptorların blokadası səbəb olur. Bunun inkişaf etməsinə isə aşağıdakı faktorlar səbəb olur:
1. Simpatomimetiklər və kortikosteroidlərin nəzarətsiz qəbulu
2. Uzun müddət davam edən kortikosteroid terapiyasının qəfil dayandırılması
3. Bronx-ağciyər aparatında müalicə olunmayan xroniki xəstəliklərin kəskinləşməsi
4. Hiposensibilizasiyanın qeyri-müvafiq atanılması
5. Yuxugətirici və sedativ dərmanlardan çox istifadə etmə.
Asmatik status xəstəliyinin əlamətləri bunlardır:
* ekspirator təngnəfəslik
* ölüm qorxusu və həyəcan hissi.
Tutma zamanı xəstə önə doğru əyilir, çiyinlərini qaldırıb məcburi vəziyyət alır. Tənəffüs aktında çiyin qurşağı, döş qəfəsi və qarın presi əzələləri iştirak edir. Bu zaman nəfəs vermənin müddəti kəskin uzanır, quru, fitverici xırıltılar eşidilir.
Asmatik statusun aşağıdakı metobolik kriteriyaları var:
* bronxların drenaj funksiyasının pozulması
* ağciyər abstruksiyası, hiposkemik koma
* simpatomimetik və bronxolitik preparatlara qarşı rezistenlik
* hiperkapniya
* toxumaların hipoksiyası.
Xəstəlik özünü uzunçəkən boğulma tutması, tənəffüs çatışmazlığının artması, hiperkapnik və hiposkemik koma əlamətləri ilə biruzə verir. Xəstədə avazımış-boz rəngli dəri örtüyü, tezləşmiş səthi tənəffüs, aritmiya, arterial təzyiqin enməsi baş verir. Asmatik status ağırlaşma verikdə isə xəstənin huşu itir, taxipnoe, qırmızı sianoz əmələ gəlir və bəzən kollaps baş verir.
Müalicə vaxtında aparılarsa, asmatik stsusun proqnozu yaxşı ola bilir.


Etiketlər:  Asmatik status


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ