Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“LG” şirkəti şəffaf televizor təqdim edib

“LG” şirkəti şəffaf televizor təqdim edib

Tarix: 7 Yanvar 2021 22:12

"LG" şirkəti qatar və restoranlarda istifadə edilə bilən yeni şəffaf ekranlarını təqdim edib. Yeni ekranlar analoqlarla müqayisədə 4 dəfə daha şəffafdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "LG" şirkəti şəffaf OLED ekran təqdim edib və qurğudan necə istifadə etmək lazım gəldiyini nümayiş etdirib. Məsələn, restoranlarda barmen və ya ofisiantla ünsiyyət üçün şəffaf televizordan istifadə etmək olar. Eyni zamanda sifarişdəki menyunu displeyə çıxartmaq olar.

Həmçinin 55 düymlük şəffaf OLED displey qatar vaqonlarında quraşdırıla bilər. Sərnişinlər hava proqnozu, xəbərlər və səyahət haqqında informasiyaya baxış zamanı mənzərələrdən zövq ala bilərlər.

Milli.Az


Etiketlər:  LG şirkəti şəffaf televizor təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ