Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada elektron tullantıları probleminin həllinə çalışırlar

Avropada elektron tullantıları probleminin həllinə çalışırlar

Tarix: 8 Yanvar 2021 07:36

Son illər Avropada elektron tullantıları ilə bağlı vəziyyətin gərginləşməsi müşahidə olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu termin atılan elektron və digər elektrik cihazlarını, eləcə də onların hissələrinin növlərindən birini nəzərdə tutur. Bu kateqoriyaya aid tullantılar tərkibində ətraf mühit üçün təhlükəli olan zərərli maddələr - qurğuşun, civə, polixlorlaşdırılmış difenillər, polivinilxloridlər ola bilər. Bu tullantılar zibilyandırma zavodlarında yandırıldıqda adi məişət tullantıları ilə birlikdə atmosferə dioksinlər də atılır ki, onlar da sonradan ağ ciyərlərimizə daxil olur.

Yola saldığımız ildə təkcə Macarıstanda hər bir ailəyə orta hesabla 32,6 kq elektron tullantıları düşüb. Orta hesabla götürdükdə ötən il elektron tullantıları ən çox (57 kq) Norveçdə, ən azı isə Moldovada (11,6 kq) istehsal olunub. Qeyd edək ki, Moldova Avropa İttifaqının mütəxəssisləri tərəfindən aparılan araşdırmada sonuncu, 39-cu yeri tutub.

Alimlər hesab edirlər ki, hökumətlər "elektron tullantılar" anlayışına hansı təfərrüatların aid olması və ekologiyaya necə mənfi təsir göstərə biləcəyi barədə ictimaiyyəti daha yaxşı məlumatlandırmalıdırlar. Çünki insanların çoxu bunun nə demək olduğunu və onları necə utilizasiya etməyi hələ də bilmir.

Milli.Az


Etiketlər:  Avropada elektron tullantıları probleminin həllinə çalışırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ