Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlar koronavirusdan peyvənd olunmalıdırmı? - Pediatr açıqladı

Uşaqlar koronavirusdan peyvənd olunmalıdırmı? - Pediatr açıqladı

Tarix: 8 Yanvar 2021 23:45

Artıq dünyada koronavirus peyvəndinin bir qrup kateroqiya insanlara tətbiqi başlanılıb.

Azərbaycan peyvənd sifarişini edib və yanvarın sonundan bu prosedura başlanılacaq.

Koronavirusa uşaqlar da yoluxur və onlar hətta gizli daşıyıcılardır.
Bəs Covid 19 peyvəndi azyaşlı uşaqlara da lazımdırmı? Əgər onlar peyvənd olunmasa, yenidən virusu böyüklərə yoluxdurmaqda davam edərlərmi? Bu məsələ necə tənzimlənəcək? Valideyn öz istəyi ilə övladını peyvənd etdirə bilərmi?

Sonxeber.net bildirir ki, medicina.az pediatr həkim Vaqif Qarayevdən uşaqlarda peyvəndə münasibətini öyrənib.

Həkim bildirib ki, bu peyvənd haqqında çox müxtəlif fikirlər, yanaşmalar var. Amma epidemiyanın qarşısını almağın bir vacib yolu aktiv süni immunitizasiyadır. Bunu da yalnız peyvəndlə həll etmək olar.

"Mən şəxsən həkim olaraq peyvəndin ikiəlli lehinəyəm, tərəfdarıyam. Ya aylarla evdə qapanıb özümüzü qorxa-qorxa qoruyaq, ya da peyvənd etdirək.

O ki, qaldı, uşaqlara. Covid statistikasında pandemiya dövründə uşaqlarla bağlı kritik məqam, rəqəmlər yoxdur. Ona görə uşaqları peyvənd siyahısına salmaq məncə düzgün deyil və buna lüzum yoxdur. Ölüm daha çox yaşlı, xroniki xəstəliyi və orta yaşlarda olub, ona görə böyüklərin peyvəndlənməsi getməlidir. Birinci növbədə səhiyyə işçiləri, şəkər xəstələri, 65 yaşdan yuxarı insanlar dünyada peyvənd olunub.

Peyvənd məsələsində hələ ki, könüllülük prinsipi götürülüb. Məcburiyyət yoxdur. Amma məncə, könüllülüklə biz istədiyimiz nəticəyə nail ola bilməyəcəyik, bu da karantin və epidemiyanın aylarla uzanması deməkdir.

Epidemiyanın gedişatından asılı olaraq, gələcəkdə Covid 19 peyvəndinin məcbur olub-olmaması məsələsinə baxılacaq.

Yenə də qeyd edim, valideynlər hələ ki, özlərinin peyvəndi barədə düşünsün, uşaqların peyvəndlənməsi gündəmdə deyil". /medicina.az


Etiketlər:  Uşaqlar koronavirusdan peyvənd olunmalıdırmı Pediatr açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ