Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peruda koronavirusun Britaniya ştammına ilk yoluxma halı qeydə alınıb

Peruda koronavirusun Britaniya ştammına ilk yoluxma halı qeydə alınıb

Tarix: 9 Yanvar 2021 01:56

Bakı. Trend:

Daha əvvəl İngiltərədə aşkar edilmiş koronavirusun yeni növünə yoluxma hadisəsi Peruda qeydə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Pilar Mastti məlumat verib.

"Ölkəmizdə virusun yeni, Avropada dolaşan növü aşkar edilib" - nazir qurum tərəfindən "Twitter"də yayımlanan mətbuat konfransı zamanı deyib.

Bildirilir ki, Britaniya ştammı Limada yaşayan bir qadında qeydə alınıb.

Böyük Britaniyada və Cənubi Afrikada yeni koronavirus ştammları müvafiq olaraq 14 və 21 dekabr 2020-ci il tarixlərində aşkarlanıb. Alimlərin fikrincə, hər iki yeni patogen daha çox yoluxucu və aqressivdir. Ümumdünya Səhiyyə Təşkilatına görə, İngilis və Cənubi Afrika ştammlarının əlaqəsi yoxdur.

Son məlumatlara görə, Peruda 1 026 690 koronavirusa yoluxma və xəstəlikdən 38 049 ölüm halı qeydə alınıb.


Etiketlər:  Peruda koronavirusun Britaniya ştammına yoluxma halı qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ