Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 11:24
ABŞ-ın vitse-prezidenti Mayk Pens yanvarın 20-də yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "NBC" telekanalı vitse-prezidentin qərarı ilə tanış olan bir mənbəyə istinadən məlumat yayıb.
Buna qədər Bayden özü də ABŞ-ın vitse-prezidenti Pensi andiçmə mərasiminə dəvət etmişdi. Eyni zamanda, Biden jurnalistlərə müsahibəsində, hazırkı prezident Donald Trampın andiçmə mərasimində iştirak etməməklə bağlı qərarının "yaxşı" olduğunu bildirib.