Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti ''AHK Impuls'' tədbirində iştirak edib

Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti ''AHK Impuls'' tədbirində iştirak edib

Tarix: 16 Iyul 2019 14:48

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən ənənəvi qaydada təşkil olunan "AHK Impuls" görüşündə iştirak edib.

Palatadan Trend-ə verilən məlumata görə, Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv olan təşkilatların, beynəlxalq maliyyə institutlarının, o cümlədən Byenəlxalq Maliyyə Korporasiyasının, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, maliyyə bazarlarının müxtəlif sahələrində, o cümlədən bank sistemi, sığorta sektoru, qiymətli kağızlar bazarı və ödəniş sistemləri sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verib.

Ötən müddət ərzində bütövlükdə bank sektoruna 1.8 mlrd. manat kapital inyeksiyası edildiyi, sektorun kapital adekvatlığı göstəricisi 24.2% təşkil etməklə, minimum kapital tələbini 2.4 dəfə üstələdiyi iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası barədə məlumat verilərək bildirilib ki, 31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ümumilikdə 600.1 milyon manat həcmində ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edib.

Tədbir iştirakçılarına həmçinin aparılmış islahatlar nəticəsində əldə olunan nailiyyətlər, Daşınar Əmlakın Yüklülüyünün Reyestrin və Özəl Kredit Bürosunun fəaliyyətə başlamasının ölkəmizin “Getting Credit” (“Kredit Əlçatanlığı”) indikatoru üzrə mövqeyinə təsirini, 122-ci yerdən 100 pillə irəliləyərək 22-ci yerdə qərarlaşması haqqında məlumat verilib. Bundan əlavə, Azərbaycan Respublikasında minoritar səhmdarların hüquqlarının qorunması göstəricisinə görə 8 pillə irəliləyərək 2-ci yerə qalxması qeyd edilib.

“AHK İmpuls” görüşündə iştirakçılarla maliyyə bazarının müxtəlif sahələri üzrə məhsuldar müzakirələr aparılıb, investorların və sahibkarların çoxsaylı sualları cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Impuls tədbirində iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ