Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp Vaşinqtonda fövqəladə vəziyyət rejimini elan edib

Tramp Vaşinqtonda fövqəladə vəziyyət rejimini elan edib

Tarix: 12 Yanvar 2021 08:52

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin yaydığı sənədində deyilib.

Bildirilib ki, D.Tramp yeni seçilmiş prezident Cozef Baydenin 20 yanvarda andiçmə mərasimi ərəfəsində təhlükəsizliyin təmin edilməsi üçün səyləri ilə əlaqədar olaraq Vaşinqtonun hakimiyyət orqanlarında federal yardım göndərdi.

Məlumata əsasən, bununla bağlı paytaxt meri Müriel Bouzer Konqresdəki iğtişaşlardan sonra baş verə biləcək təhdidlərlə əlaqədar olaraq Vaşinqton administrasiyasının rəhbərinə müraciət edib.

Bu qərar federal orqanlara şəhərə sürətləndirilmiş rejimdə yardım göstərmək üçün vəsait ayırmasına imkan verəcəkdir.


Etiketlər:  Tramp Vaşinqtonda fövqəladə vəziyyət rejimini elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ