Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''WhatsApp''ın yeni siyasəti Azərbaycan auditoriyasına təsir etməyəcək

''WhatsApp''ın yeni siyasəti Azərbaycan auditoriyasına təsir etməyəcək

Tarix: 12 Yanvar 2021 16:08

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

"WhatsApp" bundan əvvəl də "Facebook" və "Instagram"da səmərəli reklam kampaniyaları üçün istifadəçilərinin şəxsi məlumatlarından istifadə edib, eləcə də bunun əsasında öz məhsullarını yeniləyib.

Bunu Trend-ə texnologiya blogeri Tariyel Ağazadə deyib.

O bildirib ki, "WhatsApp" istifadəçi siyasətinin dəyişməsi iqtisadi baxımdan normaldır:

"WhatsApp" messencerinin sahibi olan "Facebook" onun serverlərini və digər texniki xidmətləri təmin edir. Bu siyasətin alternativi illik abunə haqqı olardı ki, bu da istifadəçilərin narazılığına səbəb olacaqdı".

Onun sözlərinə görə, "WhatsApp"ın yeni siyasəti Azərbaycan istifadəçilərinə heç cür təsir göstərməyəcək:

"Konfidensiallıq məsələsi Azərbaycanda hazırda aktual deyil. Azərbaycan cəmiyyətində bu messencerdən həm şəhər əhalisi, həm də ucqar kəndlərdə yaşayanlar istifadə edir. Hesab edirəm ki, indi "WhatsApp"dan imtina edən və alternativ messencerlərə yönələn istifadəçilər, yenidən "WhatsApp"a qayıtmalı olacaqlar. Çünki bu messencer Azərbaycan bazarında liderdir".


Etiketlər:  WhatsAppın yeni siyasəti Azərbaycan auditoriyasına təsir etməyəcək


RƏYLƏR