Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 10:12
ABŞ-ın "Twitter" şirkətinin rəhbəri Cek Dorsi ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabının bloklanmasını şərh edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, sözügedən qərarı doğru hesab etdiyini bildirib.
"Mən Donald Trampı tvitterdə bloklamaq məcburiyyətində olduğumuza görə sevinmirəm və bununla fəxr etmirəm. Bu doğru idimi? Mən hesab edirəm ki, bu "Twitter" üçün doğru qərar idi", - Dorsi sosial şəbəkədəki səhifəsində yazıb.