Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının icazəsi olmadan Ermənistan XİN rəhbərinin ərazilərimizə səfər etməsi baha başa gələ bilər - XİN

Bakının icazəsi olmadan Ermənistan XİN rəhbərinin ərazilərimizə səfər etməsi baha başa gələ bilər - XİN

Tarix: 14 Yanvar 2021 22:46

Bakı. Trend:

Bakının icazəsi olmadan Ermənistan XİN rəhbərinin ərazilərimizə səfər etməsi baha başa gələ bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamada qeyd edilib: "Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir.

Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik".


Etiketlər:  Bakının icazəsi olmadan Ermənistan XİN rəhbərinin ərazilərimizə səfər etməsi baha başa gələ bilər XİN


RƏYLƏR