Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 22:56
Teleqram platformasının yaradıcılarından olan Pavel Durov Apple və Google-un da digər şirkətlər qədər təhlükəli olduğunu deyib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, WhatsApp-ın istifadə şərtlərini dəyişməsindən sonra Pavel Durov bu vəziyyətin başqa bir həqiqəti ortaya qoyduğunu qeyd edib.
O bildirib ki, bəhs etdiyi reallıq şirkətin inhisara çevrilməsinin təbii nəticələridir. Bu vəziyyətə nümunə kimi Tvitterin Donald Trampı bloklamasını göstərən Pavel Durovun açıqlamalarına görə, texnoloji şirkətlərin ən təhlükəlisi Apple-dır. Milyonlarla istifadəçinin hər an məhdudlaşdırma ilə qarşılaşa biləcəyini söyləyən Durov Androiddən istifadənin daha məntiqli olduğunu söyləyib
"Niyə Android?" sualına cavab olaraq isə bildirib ki, əməliyyat sisteminin açıq mənbəli olması böyük üstünlükdür.