Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 13 FETÖ-çü Yunanıstandan sığınacaq istədi

Daha 13 FETÖ-çü Yunanıstandan sığınacaq istədi

Tarix: 15 Yanvar 2021 13:30

Yunanıstan mətbuatı yanvarın 13-də Rodos adasının qərbindəki Egey dənizinin sahilinə şübhəli bir qayığın yaxınlaşdığı, yerli sakinlərin məsələ ilə bağlı polis və sahil təhlükəsizliyi briqadalarına məlumat verdikləri barədə xəbər yazıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bildirilir ki, İzmirdə kirayələnən qayıqda biri qadın olmaqla, 13 nəfər olub və onlar özlərini "Gülənçi" kimi təqdim edərək, Yunanıstandan sığınacaq istəyiblər. Yunanıstan tərəfi onların sığınma istəyini nəzərdən keçirəcək.

Qeyd edək ki, Türkiyədən Girit adasına qaçan altı FETÖ üzvü də yanvarın 10-da bu ölkəyə sığınmaq üçün müraciət etmişdi. Özlərini "Gülənçi" adlandıran qrupda iki qadın da vardı.


Etiketlər:  Daha FETÖ çü Yunanıstandan sığınacaq istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ