Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 17:04
Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” Acıq Səhmdar Cəmiyyətinin (ASC) törəmə müəssisəsi olan “ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb.
ASC-dən Trend-ə bildirilib ki, ötən il ölkə ərazisində COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimi dövründə fasiləsiz istehsal sahəsi olaraq fəaliyyət göstərən müəssisə 2020-ci ili uğurla başa vurub.
2019-cu il ilə müqayisədə ötən il müxtəlif təyinatlı ayaqqabıların istehsal və satış göstəriciləri yüksək olmuşdur.
Belə ki, 2020- ci ildə müəssisədə 104739 cüt ayaqqabı istehsal edilib ki, bu da 2019- cu il üzrə əldə edilən göstəricilərdən 53007 cüt çoxdur.
Məhsul satışı üzrə rəqəmlərin dinamikasına gəlincə, 2019-cu ildə 60652 cüt müxtəlif növ ayaqqabı satışı olduğu halda, ötən il bu rəqəm 107363 cüt təşkil etmişdir.
Yola saldığımız ildə "ASK Ayaqqabı Fabriki" MMC-in kollektivi xalqımızın Böyük Qələbə uğrunda apardığı haqq mübarizəsinə də öz töhfəsini verib. Cəmiyyətin əməkdaşları qəhrəmanlıq salnaməsi yazan şanlı ordumuza maddi-mənəvi dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aylıq əmək haqlarını ianə ediblər.
Torpaqlarımızın bütövlüyü naminə aparılan döyüşlərdə “ASK Ayaqqabı Fabriki” MMC-nin əməkdaşı Heydərov Rafiq Rahim oğlu şəhidlik zirvəsinə ucalıb. Heydərov Rafiq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən 29 sentyabrda səfərbər olmuşdur.