Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN

Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN

Tarix: 17 Yanvar 2021 12:22

Bakı. Ceyhun Ələkbərov - Trend:

Müdafiə Nazirliyi təxris olunmuş şəxslərin müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq.

Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi,polkovnik-leytenant Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, əvvəl Respublika üzrə iki komissiya fəaliyyət göstərirdi, sabahdan etibarən onlarn sayı 4 olacaq. Daha iki komissiya səyyar qruplarda yaradılıb. Onlar Perişükürdə və Gəncədə olacaq:

"MN tərkibində təxris olunmuş şəxslərin müraciətinə baxılması üçün yaradılmlş komissiyaya könüllü şəxslər də yardım məqsədi ilə müraciət ediblər. Onlar nazirliyə yaxınlaşaraq könüllü şəkildə komissiyada fəaliyyət göstərmək üçün müraciət ediblər. Belə vətəndaşların sayı artmaqdadır".


Etiketlər:  Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq MN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ