Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 14:48
Bakı. Trend:
Heydər Əliyev Fondunun dəstəyi ilə Cəbrayıl və Füzuli rayonlarından olan ürək qüsurlu uşaqlar üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib.
Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin iyunun 1-3 tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi və Füzuli rayonunda “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında keçirdiyi xeyriyyə aksiyası zamanı 400-dək uşaq diaqnostik tibbi müayinələrdən keçirilmişdi.
Müayinələr nəticəsində 7 usaqda anadangəlmə mürəkkəb ürək qüsurları aşkarlanmış və onların Mərkəzi Gömrük Hospitalına yönləndirilməsinə qərar verilmişdi.
Qeyd olunan uşaqların əməliyyyatı və müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin