Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 21:36
Dünyada qadınlarda rastlanan xərçəngin 3-də birini süd vəzi xərçəngi təşkil edir. Və bu xəstəlik hər 8 qadından birinə təsir göstərir. Xəstəliklə bağlı insanlar arasında bəzi yalnış məlumatlar vardır.
Sonxeber.net həmin xəbəri təqdim edir:
Sinədə hər ələ gələn kist xərçəng deyil. Amma bunu mütləq yoxlatmaq lazımdır.
Xərçəng diaqnozu qoyulan hər qanın döşünü itirməz.
"Ağrıyan kist süd vəzi xərçəngi olmaz" fikri düzgün deyil.
Dezodorant istifadəsi süd vəzi xərçənginə səbəb olmaz.
Büstqalter istifadəsi xərçəngə yol açmaz. Bu günə qədər aparılan heç bir araşdırmada bu sübut edilməmişdir.
Süd vəzi xərçəngi hamilələrdə və süd verən analarda da rastlana bilər.
Süd vəzi xərçəngi riski olanlar mütləq xərçəng olacaq deyə bir şey yoxdur. Bunun tərsi də düzgündür. Belə ki, ailədə südvəzi xərçəngi olmasa belə bununla rastlaşa bilər.
Bu xəstəlik sadəcə yuxarı yaşlarda rastlanmaz.
Doğuma görə istifadə edilən dərmanlar süd vəzi xərçənginə yol açmaz.
Döşündən əməliyyatla kist çıxarılan qadın ana olduğunda süd verə bilər.
Süd vəzi xərçənginə cərrahi müdaxilə (bıçaq vurmaq) xərçəngin yayılmasına səbəb olmaz.
Mammoqrafiya xərçəngi yaymaz. Ondakı radiasiya miqdarı yüksək deyildir.
Süni mayalanma süd vəzi xərçənginə yol açmaz.
Süd vəzi xərçəngi yalnız qadınlarda deyil, nadir olsa da kişilərdə də rastlana bilər. /medicina.az