Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Trampın reytinqi antirekordu yeniləyib

Trampın reytinqi antirekordu yeniləyib

Tarix: 17 Yanvar 2021 23:20

Bakı. Trend:

ABŞ-ın hazırkı prezidenti Donald Trampın reytinqi yenidən ən aşağı həddə düşərək antirekordu yeniləyib.

Trend-in məlumatına görə, bu barədə "Pew Research Center"in apardığı sorğunun nəticələrində deyilir.

Sorğunun nəticələrinə əsasən, dövlət başçısının fəaliyyətini respondentlərin yalnız 29 faizi dəstəkləyir. Ötən ilin avqust ayında bu göstərici 38 faizə bərabər idi.

Bundan əlavə, D.Trampın Respublikaçılar partiyasının tərəfdarları arasında da reytinqi 60 faizə qədər düşüb. Ötən ilin avqust ayında bu göstərici 77 faizə bərabər idi.


Etiketlər:  Trampın reytinqi antirekordu yeniləyib


RƏYLƏR