Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vəzifəsinin icrasına Trampın qərarlarının ləğvi ilə başlayacaq

Vəzifəsinin icrasına Trampın qərarlarının ləğvi ilə başlayacaq

Tarix: 18 Yanvar 2021 11:28

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden vəzifəsinin icrasına başladığı ilk gün hazırkı Prezident Donald Trampın bəzi qərarlarının ləğvini nəzərdə tutan imzalar atacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra müsəlman ölkələrə viza qadağasının ləğvi və ABŞ-ın yenidən Paris İqlim Sazişinə qayıtması gözlənilir. Bunlarla bağlı Baydenin qərarnamələri imzalayacağı bildirilir.

Baydenin həmçinin, koronavirus pandemiyası və bunun iqtisadiyyata mənfi təsirləri ilə mübarizədə 1,9 milyon dollarlıq iqtisadi dəstək paketini Konqresdən keçirərək təsdiqləyəcəyi vurğulanıb.

Milli.Az


Etiketlər:  Vəzifəsinin icrasına Trampın qərarlarının ləğvi ilə başlayacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ