Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərb Rusiyanı Navalnıya görə sərt qınadı

Qərb Rusiyanı Navalnıya görə sərt qınadı

Tarix: 18 Yanvar 2021 11:46

ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Avropa İttifaqı Şurasının sәdri Çarls Mişel rus müxalif siyasətçi Aleksey Navalnının saxlanılması ilə bağlı rəsmi Moskvanı tənqid edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Pompeo açıqlamasında Rusiyanı şiddətlə qınadığını qeyd edib: "ABŞ Aleksey Navalnının Rusiyada tutulmasını şiddətlə qınayır. Biz Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik".

Həmçinin Pompeo seçki prosesi zamanı Rusiyadakı bütün siyasi partiyalara və namizədlərə yer verilməli olduğunu vurğulayıb.

Mişel isə siyasətçinin həbsinin qəbuledilməz olduğunu bəyan edib: "Rusiya hakimiyyətini Navalnıyı dərhal sərbəst buraxmağa çağırıram".

Bundan əlavə, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel eyni çağırışı sosial media mesajında təkrarlayıb və Navalnının hüquqlarına hörmət edilməli olduğunu bildirib. O, "mühakimənin siyasiləşdirilməsi qəbuledilməzdir", - deyə yazıb.

Milli.Az


Etiketlər:  Qərb Rusiyanı Navalnıya görə sərt qınadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ