Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, onun cavabının sərt olacağını bilməlidir - Tarixçi alim

Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, onun cavabının sərt olacağını bilməlidir - Tarixçi alim

Tarix: 18 Yanvar 2021 17:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Vətən müharibəsindən sonra Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və təxribatçı addımlar atmamalıdır. Əgər nəticə çıxarmasa, Ermənistan bunun cavabının sərt olacağını və böyük problemlə üzləşəcəyini bilməlidir.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, böyük eyforiya yaratmış Ermənistanın silahlı qüvvələri məğlub oldu, ordu və hərbi texnikası məhv edildi. Ermənistan dövləti kapitulyasiya bəyanatını imzalamaq məcburiyyətində qaldı. Azərbaycan dövlətinin Ermənistan dövləti üzərində qələbəsi siyasi-diplomatik, hərbi-strateji baxımdan analoqu olmayan bir nəticə ilə başa çatdı:

"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 30 ilə yaxın Azərbaycanın 20% ərazisini işğal altında saxlayan Ermənistanın qədim şəhər və kəndlərimizə, mədəniyyət abidələrimizə, dini ocaqlarmıza qarşı törətdiyi bağışlanmaz cinayətləri gündəmə gətirməklə bir daha erməniliyin, erməni iddialarının mahiyyətini açıb göstərdi. Azərbayan dövlətinin sərbəst düşüncəli, inamlı adımları ilə fərqlənən, həm də səbrli dövlət başçısı İlham Əliyev qonşu olmağa məhkum olduğumuz ermənilərin son günlərə qədər törətdilklərinə təmkinlə yanaşdı, ədalətlə həll ediləcəyinə inanaraq dözdü, gözlədi. Lakin bunu Ermənistan hakimiyyəti başa düşmədi, düzgün qiymətləndirmədi. Dünya ictimaiyyətini aldadaraq Azərbaycanın bu haqsızlıqlara boyun əyməyə məcbur olacağına inandırmağa çalışdı. Anti-Azərbaycan siyasətinin önündə gedərək bəzi dünya dövlətlərinin bu ədalətsizliyə göz yummasına nail oldu. Lakin zaman gəldi, haqqın nahaqdan ayrılması vaxtı çatdı. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə hərbi təcavüzlə işğal etdiyi ərazilərimizin azad edilməsi zamanı yetişdi. Azərbayan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz əks-həmlə əməliyyatına başladı. Dörd həftəlik Vətən müharibəsi ilə ərazilərimiz işğaldan azad edildi".

Q.Hacıyev əlavə edib ki, apardığı xilaskarlıq yürüşü ilə böyük nailiyyətlər əldə edərək qızıl hərflərlə tarix yazan Azərbaycan dövlət başçısının siyasi, diplomatik üstünlüyü fonunda bir sıra humanist addımları da tarixi bir yenilik oldu. Bu addımlar Azərbaycanın yeni tarixinin yazıldığı bir dövrdə cəsarətliliklə bərabər mərdlik təcəssümü kimi də yadda qaldı:

"Dünya dövlətləri və xalqları arasında qarşılıqlı münasibətlər tarixində az təsadüf edilən hadisələdən biri kimi diqqəti cəlb edən proses baş verdi. Dövlət başçımız hakimiyyətinin son günlərində Azərbaycana qarşı düşmənçilik mövqeyini gücləndirən, öz qeyri-konstruktiv siyasi çıxışları ilə sələflərindən də irəli gedən Nikol Paşinyanın başladığı müharibənin sonunda biabırçı şəkildə uduzmasını, məğlub olmasını da təmkinlə qarşıladı. 10 noyabr bəyannaməsi qəbul edilən zaman Prezident İlham Əliyevin N.Paşinyan haqqında dediyi “Bu, hərbi kapitulyasiyadır və prinsip etibarı ilə mən tələb edə bilərdim ki, gəlsin otursun orada – aşağıda və orada imzalasın onu. Amma mən belə adam deyiləm” fikirlərini unutmaq olmaz. Prezident İlham Əliyevin əks-hücum əməliyyatı ilə başladığı xilaskarlıq yürüşü zamanı atdığı addımlarla insani, bəşəri dəyərlərin kuliminasiya nöqtəsinə çatdığını gördük".

Q.Hacıyev bütün bunları düzgün dəyərləndirə bilməyən cılız düşüncəli ermənilərin hələ çox olduğunu deyərək qeyd edib ki, xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi. Ermənistandan fərqli olaraq Azərbaycanın ədalətli, məsuliyyətli, humanist siyasəti, hətta hərbi əməliyyatlar dövründə yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparılması, dinc əhalinin hədəfə götürülməməsi, ərazilərin boşaldılması üçün düşmənə vaxt verilməsi kimi humanist tədbirlərin həyata keçirilməsinə yönəldildi. Noyabırın 10-da imzalanmış üçtərəfli bəyanat Azərbaycanın prinsipial mövqeyini əsaslandırdı. Bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyətin həyata keçirilməsinin mümkünsüzlüyü bildirildi. Azərbaycanın bu məsələdə prinsipial icazəsinin vacibliyi vurğulandı. Ərazidə mövcud vəziyyəti başa düşərək humanitar məsələlərin həllinə razılığını verdi. Lakin bundan sui-istifadənin yolverilməzliyi də diqqətə çatdırıldı. Azərbaycan ərazisinə keçərək diversiya, terror həyata keçirməyə cəhd göstərən terrorçu və diversantlara belə rəhm göstərildi, humanistlik edildi, onlar məhv edilmədi, əsir götürüldü. Azərbaycan Prezidenti icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərin, Dağlıq Qarabağa səfərlərinin yolverilməzliyini bəyan etdi. Belə təxribatçı addımların davam edəcəyi halda Azərbaycanın sərt cavab verəcəyi bildirildi".


Etiketlər:  Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa onun cavabının sərt olacağını bilməlidir Tarixçi alim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ