Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mərakeşdə ilk dəfə koronavirusun "Britaniya" ştammına yoluxma faktı qeydə alınıb

Mərakeşdə ilk dəfə koronavirusun

Tarix: 19 Yanvar 2021 07:24

Bakı. Trend:

Mərakeşin Səhiyyə Nazirliyi ölkədə koronavirusun "Britaniya" ştammına yoluxmanın ilk faktını aşkarladığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Maghreb Arabe Presse agentliyi xəbər verib.

Məlumata əsasən, koronavirusun ştammı Fransanın Marsilya limanı üzərindən İrlandiyadan gəmidə gələn Mərakəş vətəndaşında Tanjer şəhərinin limanında aşkar edilib.

Yoluxan şəxsdə heç bir əlamət müşahidə edilməyib. Nazirlik qeyd edib ki, həmin şəxs artıq təcrid olunub.


Etiketlər:  Mərakeşdə ilk dəfə koronavirusun Britaniya ştammına yoluxma faktı qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ