Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 16:09
"Koronavirusa qarşı peyvənd vurdurmamışdan öncə qida rasionuna zülalla zəngin məhsullar, ət, balıq, yumurta əlavə etmək lazımdır".
Sonxeber.net Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə dietoloq Viktor Tutelan danışıb.
Onun sözlərinə görə, peyvəndləmədən sonra isə orqanizmdə vitamin balansını, xüsusən də D vitamini balansını qorumaq önəmlidir. "Vaksin spesifik antikorların istehsalını stimullaşdırmaq üçün tətbiq olunur. Antikorlar protein quruluşlarıdır, bunun üçün zülala - ət, balıq, yumurtaya böyük ehtiyac yaranır. Pəhrizimizdə buna diqqət etməliyik", - deyə dietoloq bildirib.
Qeyd edək ki, koronavirus xəstələrinin böyük əksəriyyətində D vitamini çatışmazlığı müşahidə edilir.