Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da etiraz aksiyalara başlayıb, saxlanılanlar var

ABŞ-da etiraz aksiyalara başlayıb, saxlanılanlar var

Tarix: 21 Yanvar 2021 12:40

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən sonra ölkənin bəzi şəhərlərində etiraz aksiyaları keçirilib.

Trend-in məlumatına görə, Siettl və Portlend şəhərlərində toqquşmalar qeydə alınıb.

Siettldə aksiya iştirakçıları məhkəmə binasına və "Amazon" mağazasına ciddi ziyan vurub.

Portlenddə təxminən 150 nəfərdən ibarət qrup Demokrat partiyasının binasına hücum edib.

Aksiyalar nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb.


Etiketlər:  ABŞ da etiraz aksiyalara başlayıb saxlanılanlar var


RƏYLƏR