Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA

Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA

Tarix: 22 Yanvar 2021 12:08

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsini araşdırır.

Bu barədə Trend-ə Agentlikdən bildiriblər.

Məlumata əsasən, 5-14 yanvar tarixlərində Qazaxıstana qəhvəyi meyvə qırışı virusu daşıyan pomidorların ixrac olunması barədə 17 bildiriş daxil olub:

"Hazırda bu istiqamətdə Qazaxıstanın müvafiq qurumları ilə araşdırmalar aparılır".

Qeyd edək ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan pomidor idxalını dayandırdığını elan edib.


Etiketlər:  Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır AQTA


RƏYLƏR