Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 12:12
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsini araşdırır.
Bu barədə Sonxeber.net-a Agentlikdən bildiriblər.
Məlumata əsasən, 5-14 yanvar tarixlərində Qazaxıstana qəhvəyi meyvə qırışı virusu daşıyan pomidorların ixrac olunması barədə 17 bildiriş daxil olub:
"Hazırda bu istiqamətdə Qazaxıstanın müvafiq qurumları ilə araşdırmalar aparılır".
Qeyd edək ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan pomidor idxalını dayandırdığını elan edib.