Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 12:30
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda 311 sinifdə, başqa sözlə siniflərin 0,4 faizində şagird sayı 40-dan çoxdur. Bu siniflər bizim üçün tədrisin bərpası ilə bağlı problem yarada bilər.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycanda təqribən 86 min sinif olduğunu nəzərə çatdıran nazir əlavə edib ki, onlayn təhsil şəbəkısinin mövcudluğu nə qədər müəllim və şagirdin bu şəbəkədən istifadə etmədiyini görməyə imkan verir.